Adəm Məmmədovla bağlı YENİ XƏBƏR

20.11.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Keçmiş vəkil Adəm Məmmədova cinayət işi açılıb. 

Lent.az-a daxil olan məlumata görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Lakin hələlik Adəm Məmmədov istintaqa cəlb olunmayıb və barəsində axtarış qərarı çıxarılmayıb.

***

saat 13:12

Keçmiş vəkil Adəm Məmmədova yenidən cinayət işi açılıb.

Lent.az “qafqazinfo”ya istinadla xəbər verir ki, A.Məmmədov bu dəfə sağlamlığa zərər vurmaqda ittiham olunur.

Onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) cinayət işi başlanılıb.

Adəm Məmmədov istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb, prokurorluq tərəfindən axtarışa verilib.

Qeyd edək ki, A.Məmmədov ötən il 6 ay həbsdə olub. Cinayəti ilə bağlı Vəkillər Kollegiyasından xaric edilən Məmmədovun sonradan ölkədən getdiyi bildirilir.

İndiki cinayət işində isə o, bir nəfərin üstünə hücum çəkib, sağlamlığına ziyan vurmaqda təqsirləndirilir. Hazırda hərtərəfli istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью