Ademola Lukman 2026 cı ildə bir daha meydana çıxmaya bilər

18.11.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Madridin “Atletiko” klubunun və Nigeriya millisinin hücumçusu Ademola Lukman dizindən aldığı zədə səbəbindən 2026-cı ilin sonunadək yaşıl meydanlardan kənarda qala bilər.

İdman.Biz İspaniyanın “Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki, Nigeriya millisinin tibbi heyəti əvvəlcə futbolçuda yüngül diz burxulması aşkarlayıb. Lakin Madridə qayıtdıqdan sonra “Atletiko”nun həkimləri tərəfindən aparılan əlavə müayinələr zədənin daha ciddi olduğunu üzə çıxarıb.

Klubun rəsmi açıqlamasına əsasən, Lukmanda yüksək dərəcəli diz burxulması müəyyən edilib. Futbolçu zədəni noyabrın 13-də Nigeriya millisinin Tanzaniya ilə oyununda (3:1) alıb.

“Qırmızı-ağlar” hücumçunun yaşıl meydanlara qayıdacağı dəqiq tarixi açıqlamayıb. Lukman yaxın günlərdə fizioterapiya və idman zalında bərpa məşqlərinə başlayacaq.

İspaniya mətbuatı zədənin ağırlığını nəzərə alaraq, 28 yaşlı futbolçunun 2026-cı ilin qalan hissəsində meydana çıxmaya biləcəyini istisna etmir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью