Ademola Lukman İnter ə keçməsi ilə bağlı Atalanta rəhbərliyini məlumatlandırıb

17.07.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın "Atalanta" klubunun hücumçusu Ademola Lukman bu yay "İnter"ə keçə bilər.

İdman.biz xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

"İnter" təmsilçiləri ilə futbolçu arasında danışığın olduğu bildirilir. Bundan sonra nigeriyalı forvard "İnter"ə keçmək istəyi barədə komandasının rəhbərliyinə məlumat verib.

Milan klubunun Lukmanın transferini yaxın vaxtlarda rəsmən açıqlayacağı vurğulanıb.

Qeyd edək ki, transfer məbləğinin ən azı 40 milyon avro olacağı gözlənilir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью