“ADEX 2026” sərgisində AzTU nun innovativ layihələri nümayiş olunur

01.10.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 1 oktyabr, AZƏRTAC

Regionda müdafiə sənayesi istiqamətində təhsil verən aparıcı universitetlərdən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində öz stendi ilə təmsil olunur.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə tələbələrin hazırladığı müasir mühəndislik və texnoloji layihələr, həmçinin müdafiə sənayesi üzrə hazırlanan startaplar nümayiş olunur.

Universitetin stendində təqdim edilən layihələr yerli və xarici ziyarətçilərin marağına səbəb olub. AzTU nümayəndələri sərgidə ziyarətçilərə layihələrin texniki xüsusiyyətləri, tətbiq imkanları və praktiki əhəmiyyəti barədə ətraflı məlumat verirlər.

Sərgi oktyabrın 2-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью