“ADEX 2026” sərgisindən FOTOLAR

30.09.2026

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sərgiyə 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib

Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilir. Regionun böyük hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən “ADEX 2026” müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin qüdrətinin nümayişi baxımından mühüm rol oynayır.

“ADEX” sərgisi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı isə “Caspian Event Organisers” şirkətidir.

Bu il “ADEX 2026”da rekord sayda şirkət iştirak edir. Buna görə Bakı Ekspo Mərkəzinin əlavə pavilyonu da istifadəyə verilib. Bir pavilyon isə ilk dəfə milli ekspozisiya üçün ayrılıb.

“ADEX 2026” sərgisinə 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib. Bu il ABŞ-nin bir neçə nüfuzlu şirkəti sərgidə ilk dəfə iştirak edir. Burada ən geniş təmsil olunan ölkə isə qardaş Türkiyədir.

AYNA.AZ sərgidən fotoları təqdim edir:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью