Apasport saytına istinadən Icma.az xəbər verir.
"Barselona" heyətini Almaniya millisinin hücumçusu Kərim Adeyemi ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Kataloniya klubu 23 yaşlı futbolçunun Dortmund "Borussiya"sından transfer olunduğunu açıqlayıb.
Tərəflər arasında 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Adeyemi son dörd mövsümdə Dortmund təmsilçisinin formasını geyinib. O, bu müddətdə Bundesliqa və UEFA Çempionlar Liqasında ümumilikdə 48 oyunda meydana çıxıb.
Qeyd edək ki, almaniyalı hücumçu yay fasiləsindən sonra yeni komandası ilə mövsümöncəsi hazırlıqlara başlayacaq.
"Dinamo" gənc futbolçusu ilə müqaviləni yenilədi – 5 illik saziş Qvardiola İtaliyaya “yox” deməyə hazırlaşır – Maaş və istirahət... "Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb Avropa Liqası: "Beşiktaş" meydana çıxır - YENİLƏNİR