® “AdGo”: Reklamın yeni, sürətli və rəqəmsal ünvanı

03.02.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Açıq hava məkanları və nəqliyyat reklamları bu gün yalnız imic yaratmaq üçün istifadə olunmur, həm də analitika və ölçüləbilən nəticələr təqdim edən kommunikasiya alətinə çevrilib. Şəhər həyatının dinamikası və texnologiyanın inkişafı bu transformasiyanı sürətləndirir. Bu tələblərə cavab olaraq, “Advera” MMC tərəfindən yaradılan “AdGo” reklam platforması brendlər üçün innovativ və effektiv həllər təqdim edir.

Reklamınız hərəkət olan yerdədir

“AdGo” Azərbaycan reklam bazarında geniş əhatə dairəsi ilə seçilən reklam platformasıdır. Platforma insanların gündəlik hərəkət marşrutlarını analiz edərək, reklam mesajlarının ən doğru zamanda və ən uyğun məkanda çatdırılmasını təmin edir. “AdGo”nun təqdim etdiyi reklam məkanları şəhərin ən strateji nöqtələrini əhatə edir:

• Metro və dəmir yolları: Sərnişin axınının ən sıx olduğu yeraltı və yerüstü nəqliyyat şəbəkələrində vizual təmas imkanları;

• Avtobuslar və dayanacaqlar: Şəhərin bütün istiqamətlərini əhatə edən, piyada və sürücülərin diqqətini çəkən dinamik reklam daşıyıcıları;

• Hava limanı və avtovağzallar: Ölkədaxili və xarici səfərlərə çıxan, alıcılıq qabiliyyəti yüksək olan auditoriyaya çıxış;

• Parkinq sahələri: Sürücülərlə birbaşa təmas yaradan xüsusi reklam zonaları;

• Taksilər: Reklamınız şəhəri gəzir! Gündəlik hərəkət qrafiki ilə minlərlə məntəqəni əhatə edən effektiv tanınma vasitəsi.

Daha geniş auditoriya, daha yüksək nəticə

Açıq hava və nəqliyyat reklamları gündəlik hərəkətin ayrılmaz hissəsidir. “AdGo”nun geniş formatlı reklam daşıyıcıları isə brendiniz üçün davamlı görünənlik yaradır. Metro stansiyasında qatar gözləyən sərnişin də, tıxacda qalan sürücü də sizin mesajınızla təmasda olur.

Niyə məhz “AdGo”?

Platforma sadəcə reklam sahəsi satmır, həm də brendin mövqelənməsi üçün düzgün məkan seçiminə dəstək olur. Geniş infrastruktur və çevik yanaşma sayəsində platforma istənilən miqyaslı reklam kampaniyasının effektiv və uğurlu icrasını təmin edir.

Brendinizin səsini şəhərin səs-küyü içində itirməyin. “AdGo” ilə hədəf kütlənizin olduğu hər yerdə olun!

Daha ətraflı məlumat üçün: adgo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью