Adi ailə münaqişəsi 8 nəfərin ölümü ilə nəticələnib

27.08.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tükürpədici hadisə ABŞ-də, Montana ştatının Billinqs şəhərində yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, adi ailə münaqişəsi üzündən adı açıqlanmayan şəxs ailəsinin 7 üzvünü öldürüb.

Daha sonra evə od vuraraq intihar edib.

Hadisə yerinə gələn polislər evdə yanmış 7 cəsəd aşkarlayıblar. Ölənıərdən 3-ü böyük, 4-ü isə uşaq olub.

Cinayəti törətmiş şəxs intihar etsə də, ağır yaralanıb və polis gələnə kimi qonşular onu xəstəxanaya çatdırıblar. Amma həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Yellostoun daisərinin şerifi Kent O'Donnell ilkin araşdırmadan sonra hadisənin ailədaxili münaqişə üzündən yaşandığını bildirib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью