Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Keçmişdə cəfəri daha çox göyərti kimi deyil, müalicəvi ot kimi istifadə olunurdu.
Təbiblər cəfərinin köməyi ilə müxtəlif xəstəlik və pozulmaları müalicə edirdilər.
Cəfəri böyrəklər üçün ən faydalı məhsuldur – böyrəkləri təmizləyir, daşların əmələ gəlməsinin qarşısını alır, iltihabları azaldır.
Cəfəri dəmləməsi böyrəklər üçün əsl şəfa mənbəyidir. 1 x.q. xırda doğranmış cəfərini 1 stəkan isti suda çay kimi dəmləyin və için.
Dəmləməyə limon əlavə edəndə faydalı və müalicəvi xüsusiyyətləri daha da artır.
Saglamolun.az bildirir ki, həmçinin sidikqovucu təsirə malik olan cəfəri dəmləməsi təzyiqi salır, ürək ödemlərini azaldır.
Cəfəri qadın otu sayılır. Onun qadın orqanizminə olan müsbət təsiri olduqca çoxdur.