Adı Neftçi ilə hallanan hücumçu Beşiktaş la müqaviləsini uzatdı

15.02.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Mustafa Hekimoğlunun sözləşməsinin müddətini uzadıb. Bu barədə "TRT Spor" məlumat yayıb.

17 yaşlı hücumçu 2028-ci ilin yayına kimi "ağ-qaralar"a məxsus olacaq.

Mustafa Hekimoğlu "Beşiktaş"ın yetirməsidir. Gənc forvard bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Türkiyə mətbuatı bir müddət əvvəl "Neftçi"nin Mustafa Hekimoğlunu icarəyə götürmək istəməsi ilə bağlı xəbər yaymışdı.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью