Adı Neftçi ilə hallanan Terim Səudiyyə Ərəbistanı klubunu çalışdıra bilər

26.12.2024

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Fatih Terim karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Əl-Şabab" klubu təcrübəli mütəxəssisə rəsmi təklif göndərib.

Hazırda tərəflər arasında aparılan danışıqların müsbət istiqamətdə irəlilədiyi bildirilir.

Terim, İngiltərənin "Vulverhempton" klubuna yollanan baş məşqçi Vitor Perreyranın yerini doldura bilər. Hazırda "Əl-Şabab" Səudiyyə Ərəbistanı Pro Liqasında 23 xalla 6-cı sırada yer alır.

Qeyd edək ki, bir müddət əvvəl "Neftçi" də türkiyəli mütəxəssislə maraqlanırdı. 

Mehmet Topal istefaya göndərilib "Başakşehir"dən yeni transfer - RƏSMİ "Hatayspor"un prezidenti istefa verdi Türk futbolçu karyerasını “Benfika”da davam etdirə bilər Bir zamanların ulduz futbolçusu vətənə qayıdıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью