Adı piyada keçidi, özü isə təhlükə mənbəyidir VİDEO

28.11.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xırdalan şəhərində hərəkətin təşkili məsələlərinin diqqətdən kənarda qalması ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olur. Şikayətlər həm piyadalar, həm də sürücülər tərəfindən ünvanlanır. Avtosfer.az xəbər verir ki, budəfəki şikayət Heydər Əliyev prospektindəki piyada keçidi ilə bağlıdır.

Belə ki, qeydə alınmış videodan da aydın şəkildə görünür ki, keçiddə nişanlanma xətti silinib, yol nişanı isə yerindən çıxarılaraq səkiyə qoyulub. Piyadalar həmin hissəsini keçid kimi tanıyırlar, sürücülər isə nişanı görmədikləri üçün yol vermirlər. Nəticədə hərəkət iştirakçıları təhlükə ilə üz-üzə qalırlar.

Ümid edirik ki, aidiyyəti qurumlar yaranmış təhlükəli vəziyyəti tez bir zamanda aradan qaldıracaq.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью