Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq. “Hatayspor”dan ayrılan Vensan Abubakarın adı “Qarabağ”la hallanır.
Futbolpress.az xəbər verir ki, kamerunlu hücumçu bir müddətdir, Azərbaycan çempionu ilə danışıq aparır.
Bu barədə “Sözcü” nəşri məlumat yayıb. Abubakar “Qarabağ”la əlaqədə olmasına baxmayaraq, qərarını dəyişib.
Forvard agenti vasitəsilə “Trabzonspor” klubuna xəbər göndərib. O, Qaradəniz təmsilçisində oynamaq istədiyini bildirib.
Abubakar bu mövsüm “Hatayspor”la 28 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.