Adı “Real”la hallanan hücumçu MY dən ayrıldı

18.11.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Adı “Real”la hallanan JJ Qabriel “Mançester Yunayted”dən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə hücumçu sosial şəbəkə hesabında paylaşım edib. O, “qırmızı şeytanlar”a təşəkkürünü bildirib və klubla vidalaşıb.

16 yaşlı futbolçunun “Real”la anlaşdığı bildirilir. Keçidin yaxın zamanda açıqlanacağı gözlənilir.

Qabriel “Mançester Yunayted”in yetirməsidir. İngiltərə futbolunun perspektivli hücumçularından hesab edilən JJ bir müddət idi, “kral klubu” ilə danışıqlar aparırdı.

Qabriel “qırmızı şeytanlar”ın U-19 komandasında 3 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью