Icma.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ-də yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbs olunaraq mühakimə edilərkən həbsxanada ölü tapılan milyarder Cefri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə adının hallanmasından sonra vəzifəsindən uzaqlaşdırılan Norveçin İordaniya üzrə səfiri Mona Juulun istefa verdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Norveç Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, xarici işlər naziri Espen Bart Eide Epşteynlə əlaqəsi ortaya çıxan Juulun səfirlik vəzifəsindən ayrıldığını açıqlayıb.
Eide bildirib ki, Epşteyn sənədləri Juul haqqında bir sıra detalları üzə çıxarıb və Xarici İşlər Nazirliyi onun səfirlik vəzifəsindən istefa verməsinə baxmayaraq, Juul barəsində aparılan araşdırmanı davam etdirəcək:
“Bu, düzgün və zəruri bir qərardır. Qərar Xarici İşlər Nazirliyi ilə aparılan müzakirələrdən sonra qəbul edilib. Cinsi istismar cinayətkarı Epşteynlə olan əlaqəsi Juulun ciddi mühakimə qabiliyyəti çatışmazlığını ortaya qoyur. Bu isə bu vəzifənin tələb etdiyi etimadı yenidən bərpa etməyi çətinləşdirir”.
Eide bu qərarın Juulun səfir kimi ölkəyə geri dönə bilməyəcəyi anlamına gəldiyini də qeyd edib.
Hazırda nazirlik daxilində aparılan araşdırmanın faktları tam şəkildə anlamaq üçün zəruri olduğunu vurğulayan Eide, məsələyə son dərəcə ciddi yanaşıldığını bildirib.
Qeyd edək ki, Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə adı keçən Norveçin Amman səfiri Mona Juul fevralın 3-də vəzifəsindən uzaqlaşdırılmışdı.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin