Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları
Həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində yenə də işlər davam edir.
“Cebheinfo.az” adı həlak olanların siyahısında olan 2004-cü il təvəllüdlü Tutunçiyev Mahmudun ailəsi ilə əlaqə saxlayıb.
Mahmudun atası Paçalov Muhuma bildirib ki, onda hələ dəqiq bir məlumat yoxdur.
Atasının sözlərinə görə, Mahmud əmilərinin yanına 10 günlük bayram keçirməyə gedirdi: “Oğlum tələbə idi, tətilə çıxdılar.
Orda qardaşlarım var. Əmilərinin yanına Yeni ili keçirməyə, istirahətə gedirdi. 10 günlük istirahət edəcəkdi.
Maraqlanıram, dəqiq heç nə deyə bilmirlər. Hələ sağ olub-olmamasını bilmirik.
Səhiyyə qurumu deyir rəhmətə gedib, prokurorluq deyir ki, dəqiq deyil. İki saat qabaq da dedilər ki, hazırlığınızı görün.