Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidentinin müşavirləri Stiv Uitkof və Cerad Kuşnerin Ruriyada və Ukraynada apardığı danışıqlarda təqdim etdikləri yeni sülh planının təfərrüatları məlum olub.
“Cebheinfo.az”-ın məlumatına görə, təkliflər paketində qeyd edilir:
1. Ukrayna Donbası tərk etməli və qoşunlarını geri çəkməlidir
2. Ukrayna Konstitusiyasına ərazilərdən imtinanı təsdiqləyən düzəlişlər edilməlidir
3. Ukraynada seçkilər keçirilməlidir
4. Ukrayna NATO üzvlüyünü rədd edir və bloklara qoşulmamaq statusunu möhkəmləndirir
5. Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının sayı məhdudlaşdırılır
6. Ukraynada rus dili qorunur.
Göründüyü kimi, sənədin adı sülh planı olsa da bu, daha çox Ukraynanın Rusiya qarşısında kapitulyasiya aktıdır.
Yəni Prezident Trampın Kiyevə göndərdiyi sülh planı ötən ilin noyabr ayında tərəflərə təqdim etdiyi 28 maddəlik təkliflər paketindən daha təslimçi məzmun daşıyır.
Yəni 28 və 22 bəndlik təkliflərdə Ukraynanın maraqları az da olsa nəzərə alınmışdısa, bu sənəd tamamilə Rusiyanın mövqeyini əks etdirir.
Belə plan təbii ki, Ukrayna tərəfindən qəbul edilməyəcək. Bu da müharibənin daha gərgin mərhələyə keçməsinə səbəb olacaq.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin