Adı sürücüdür, amma qanundan xəbəri yoxdur Qəzanın qarşısı belə alındı VİDEO

14.01.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yolda məsuliyyətsizlik edən sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 5-də paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, 77-RT-471 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü sağa hərəkət təşkil edilmiş zolaqdan düzünə gedərək görüntünü qeydə alan sürücüyə təhlükəli anlar yaşadıb. Sağa dönən avtomobilin sürücüsü onun düzünə gedəcəyini təxmin etdiyi üçün ehtiyatını gözləyib. Bu səbəbdən baş verə biləcək qəzanın qarşısı peşəkarlıqla alınıb. Lakin bu situasiyaya yeni sürücülüyə başlamış biri düşsəydi, qəza qaçılmaz olacaqdı.

​​​​​​

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью