Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Adi toz zamanla “Samsung Galaxy Z Fold 8” qatlanan smartfonunun işləməsinə ciddi zərər vura bilər.
Redaktor.az xəbər verir ki, "iFixit" mütəxəssislərinin apardığı sınaqlar zamanı cihazın təmirinin olduqca çətin olduğu üzə çıxıb. Mütəxəssislər bildiriblər ki, menteşəyə (telefonun qatlanıb-açılmasını təmin edən birləşdirici hissə) düşən az miqdarda toz və kir zamanla cihazda nasazlığa səbəb ola bilər.
Sınaq zamanı smartfonun batareyalarından birinin dəyişdirilməsi cəhdi də uğursuz olub. Batareyanın elastik "OLED" ekrana çox yaxın yerləşdirilməsi səbəbindən ekran zədələnib.
Mütəxəssislər həmçinin cihazın menteşəsində toz yığılması nəticəsində qəribə səslərin yarandığını qeyd ediblər. Onların fikrincə, “Galaxy Z Fold 8” modelinin təmiri həm çətin, həm də bahalı ola bilər.
Aytəkin TOFİQQIZI