Adı Ukrayna klubu ilə hallanan Zirə nin futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər

04.02.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropanın aparıcı klubları "Zirə"nin futbolçusu Salifu Suma ilə maraqlanır.

Oxu.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Serhat Kantoğlu sosial şəbəkə hesabında paylaşım edib.

Türkiyə təmsilçiləri "Beşiktaş" və "Fənərbaxça" Qvineyadan olan vingeri yaxından izləyirlər.

Qeyd edək ki, Salifi Sumanın "Zirə" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. 21 yaşlı oyunçu cari mövsüm Azərbaycan Premyer Liqasında 19 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023-cü ilin yayında Fransanın "Havr" komandasından Bakı təmsilçisinə keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью