Adi yorğan... stressi müalicə edir

16.11.2024

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elmi araşdırmalar göstərib ki, ağır qalın yorğan (7-15 kq) stress və həyacanı xeyli azaldır. Bunun elmi izahatı var.

Məsələ burasındadır ki, ağır yorğanın insan bədəninə təsiri orqanizmdə parasimpatik sinir sisteminin oyanmasına səbəb olur. Bu isə orqanizmdə stress hormonlarının azalmasına gətirib çıxardır.

Beləliklə, stresə düşdükdə, həyacanlandıqda, üstünüzü qalın ağır yorğanla örtün və bir qədər uzanın. Bu sakitləşməyə kömək edəcək.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью