Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Adıgey Respublikasının Taxtamukay rayonunda çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində səkkiz nəfər xəsarət alıb.APA TASS-a istinadən xəbər verir ki, bu barədə Adıgeyin rəhbəri Murad Kumpilov "Telegram" kanalında məlumat verib.
Məlumata görə, xəsarət alanlar arasında bir uşaq da var. Yaralılardan yeddisi xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilir.
Həkimlərin bildirdiyinə görə, xəsarət alanların həyatına təhlükə yoxdur. Hadisə nəticəsində ölən yoxdur.
İlkin məlumatlara əsasən, binanın yaxınlığındakı dayanacaqda 15 avtomobil yanaraq yararsız hala düşüb, daha 25 avtomobil isə müxtəlif dərəcəli zədələr alıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.