Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suranaxı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib.Yaydığı video-açıqlamada Araz Musayev iddia edir ki, onu vurduran icra başçısıdır.
"Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub.
Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb.
Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur.
Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım killer tutmaq oldu",- deyə Musayev ortaya iddia atıb.Məsələ sosial şəbəbəkələrdə, ictimai sferada geniş müzakirələrə səbəb olub.
Xeyli suallar ortada dolaşır ki, bu iddia doğrudurmu və Araz Musayevi vuran şəxs kimlərə bağlıdır."AzPolitika" xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Musavat.com-a açıqlamasında Araz Musayevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.Adil Əliyev deyib ki, Araz Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir: “Hadisə ilə heç bir bağlılığım yoxdur.
Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması