Adil Əliyev kikboksçularla bir araya gəlib FOTO

04.06.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev federasiyanın Həzrət klubunun idmançılarını və məşqçi Elməddin Muradovu qəbul edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.

Bildirilir ki, görüş zamanı idmançılarla səmimi fikir mübadiləsi aparılıb, onların hazırlıq prosesi, əldə etdikləri nailiyyətlər və qarşıdan gələn yarışlarla bağlı planları müzakirə olunub. Adil Əliyev idmançılara gələcək yarışlarda uğurlar arzulayıb, onların yeni qələbələr qazanacaqlarına əminliyini ifadə edib və dəyərli tövsiyələrini bölüşüb.

Qeyd edək ki, səmimi və xoş atmosferdə keçən görüşün sonunda xatirə fotosu çəkdirilib.


İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью