Adil Kərimli bu iddiaları rədd etdi

10.06.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyi kitabxana strukturkalarında davamlı monitorinqlər həyata keçirir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.

Onun sözlərinə görə, son 3 il ərzindəki monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb:

"Burada aparılan islahatların nəticəyönümlü olması üçün təhlillər aparırıq. Bu təhlillər nəticəsində sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürmüşük".

Adil Kərimli qeyd edib ki, bəzən cəmiyyət arasında səslənən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud kitabxanalara soyuq yanaşma var" kimi fikirlər qəti şəkildə qəbuledilməzdir:

"Kitabxanalar dövlət üçün prioritetdir. Bu mənada, cəmiyyətin bilgi mədəniyyətinin formalaşmasında kitabxanaların rolu böyükdür".

Nazir bildirib ki, kitabxanalarla bağlı dünya standartları var ki, nazirlik bütün bu prinsipləri nəzərə alaraq yeni model formalaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью