Adil Kərimli: COP29da Dostlar Qrupu təşəbbüsünə başlanılıb

15.11.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksək səviyyəli görüşünün yekunlarına əsasən "Dostlar Qrupu" təşəbbüsünün təsis olunması barədə qərar qəbul edilib.

“Report”un məlumatına görə, bunu mədəniyyət naziri Adil Kərimli görüşün yekunlarını şərh edərkən bildirib.

"Bu gün Bakıda "Dostlar Qrupu" təşəbbüsünün təsis olunması ilə bağlı şərtlər paketi qəbul edilib. Belə bir qrupun formalaşdırılması ideyası ilk dəfə ötən il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən COP28-də mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 1-ci yüksək səviyyəli görüşü çərçivəsində səsləndirilib", - o bildirib.

A.Kərimli qeyd edib ki, qrupun həmsədrləri Azərbaycan, BƏƏ və Braziliyadır.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью