Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək

02.03.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazir Adil Kərimli Hacıqabuldakı Heydər Əliyev Mərkəzində Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək. Vətəndaşlar 2026-cı il martın 10-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью