Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb | Icma.az
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də COP29-la bağlı ölk
Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, nümayəndə heyətini salamlayan Adil Kərimli ölkəmizin ev sahibliyi
Qeyd edib ki, Azərbaycan ilə İran arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın geniş perspektivləri var.
Xüsusilə, kitabxana, muzey işi, sərgi sahəsində birgə fəaliyyətin təşviqi, eləcə də kinematoqrafiya sahəsində əməkdaşlığın qurulması, ənənəvi musiqi festival və müsabiqələrində qarşılıqlı iştirak əlaqələrin inkişafına töhfə verə bilər.
Bundan əlavə, beynəlxalq təşkilatlar səviyyəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur.
Mədəni irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi üçün müştərək nominasiya fayllarının hazırlanması, o cümlədən mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı birgə səylərin göstərilməsinin əhəmiyyəti vurğulanıb.
COP29-da iştirakından məmnunluğunu bildirən nazir Səid Reza Salehi Amiri görüşə görə də təşəkkür edib.
O, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını, müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tam oxu
Xəbəri oxu