Adil Kərimli Omanda görüş keçirdi FOTOLAR

31.01.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Oman Sultanlığında səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 31-də paytaxt Maskatda fəaliyyət göstərən Kral Opera Teatrının baş direktoru və bədii rəhbəri Umberto Fanni ilə görüşüb.

"Unikal" xəbər verir ki, nazir Azərbaycanda peşəkar teatr və opera sənəti haqqında məlumat verib, bu sahədə zəngin ənənələrin yarandığını bildirib.

Görüşdə Maskat Kral Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, habelə digər teatr və konsert müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı dahi Azərbaycan bəstəkarı  Üzeyir Hacıbəylinin "Koroğlu" operasının Oman Kral Opera Teatrında səhnələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью