Adil Kərimli Omanda Kral Opera Teatrının direktoru ilə görüşüb

01.02.2026

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Oman Sultanlığında səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli paytaxt Maskatda fəaliyyət göstərən Kral Opera Teatrının baş direktoru və bədii rəhbəri Umberto Fanni ilə görüşüb.

SİA-nın məlumatına görə, nazir Azərbaycanda peşəkar teatr və opera sənəti haqqında məlumat verib, bu sahədə zəngin ənənələrin yarandığını bildirib.

Görüşdə Maskat Kral Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, habelə digər teatr və konsert müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasının Oman Kral Opera Teatrında səhnələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью