Adil Kərimli Parisə yollandı

15.06.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisə səfər edib.

“Yeni Sabah” xəbər verir ki, heyətin UNESCO-nun Baş qərargahında keçiriləcək tədbirlərdə iştirakı nəzərdə tutulub.

Nümayəndə heyəti həmçinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş məlumat sessiyasında və UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyasında iştirak edəcək. Toyuqlu pizza

Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri, mədəni irsin qorunması və beynəlxalq mədəni-humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью