Adil Kərimlinin ailəsindən bəd xəbər

12.05.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mədəniyyət naziri Adil Kərimlinin ailəsinə itki üz verib.

Bakıvaxtı.az xəbər verir ki, nazirin dayısı 1946-cı il təvəllüdlü Zakir Abbasov vəfat edib.

O, bu gün Gəncə şəhərində “Köhnə Səbiskar” qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində A.Kərimli də iştirak edib.

Qeyd edək ki, tanınmış alim Z.Abbasov 2007-ci ildən 2023-cü ilədək Gəncə Dövlət Universitetində “İdarəetmə” kafedrasına rəhbərlik edib. İqtisad üzrə fəlsəfə doktoru, dosent olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью