Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi

19.04.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Tanınmış həkim Adil Qeybulla Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu təcridxanada müayinə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat yayıb.

Belə ki, A.Qeybullanın istintaq təcridxanasına daxil olmasına icazə verilib. O, Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimləri ilə birgə Tofiq Yaqublunu müayinə edib.

Həkim T.Yaqublunun saxlanılma şəraitindən narazı olmadığını, ona aclığı dayandırmasını tövsiyə etdiyini deyib. 

Qeyd edilib ki, bu gün T.Yaqublunun çəkisi 83 kq 350q, təzyiqi 126/84, temperatur, saturasiya, ürək döyüntüsü normaldır. A.Qeybulla aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və digər fizioloji məhlullar köçürüb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью