Adil Şükürov 1:6 nı şərh etdi

27.07.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Kəpəz"in baş məşqçisi Adil Şükürov "Şamaxı"ya 1:6 hesabı ilə uduzduqları yoxlama oyunundan danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında çox çalışmalı olduqlarını deyib:

"Boşluqlarımız çoxdur. Yoxlama oyunlarında biz bunu daha çox görüb çempionata yaxşı hazırlaşmalıyıq. Görəcəyimiz işlər var. Bu barədə də rəhbərliyə bildirmişik. Birlikdə daha çox çalışmalıyıq ki, bu məsələləri uğurla sonlandıra bilək. Gənc oyunçuların da üzərində böyük məsuliyyət var. Çox çalışmalıdırlar. Məşqlərdə, oyunlarda onlara daha çox şans veririk ki, inkişaf etsinlər, irəliləsinlər. Rəhbərliyin də ilk planlarından biri odur ki, bu gəncləri Azərbaycan futboluna qazandıraq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью