Adil Şükürov: “Bizə hədəfi vurmaq üçün bir atış şansı verilir” | Icma.az
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Zirə” və “Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürov apasport.az saytına müsahibə verib.
- “Qarabağ" "Neftçi" üzərində qələbə qazansa da, "Zirə"nin son görüşdəki qalibiyyəti Ağdam təmsilçisinin çempionluğunu rəsmiləşdirməsinə imkan vermədi.
Necə düşünürsüz, yəqin ki, hansısa möcüzə baş verməz və növbəti tur "Qarabağ" çempionluğunu rəsmiləşdirər?
- “Qarabağ”ın çempionluğu hər kəsə məlumdur. Sadəcə keçən ilki çempionatdan fərqli olaraq, bu, sona 3-4 tur qalmış rəsmiləşəcək.
Bu mövsümkü çempionat sürprizlərlə bol oldu. Amma bunun “Qarabağ”ın çempionluğuna mane olacağını düşünmürəm.
Yəni “Zirə”nin 15 xallıq fərqi aradan qaldırması üçün “Qarabağ”ın ardıcıl 5 tur məğlub olması lazımdır ki, bunun da ehtimalı sıfıra bərabərdir.
- Ümumiyyətlə, yeni sezonda legioner limitinin də tətbiq olunmayacağını nəzərə alsaq, “Qarabağ”ın çempionluq mübarizəsində rəqiblərinin olacağını düşünürsüz?
Tam oxu
Xəbəri oxu