Adil Şükürov: Hədəfim akademiyanı daha da inkişaf etdirmək və...

01.07.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Sumqayıt"la uzunmüddətli müqavilə imzalamışıq". Bu sözləri Sport24.az-a açıqlamasında "kimyaçılar"ın akademiyasının koordinatoru postuna təyinat alan Adil Şükürov deyib.
O, "Sumqayıt"dan gələn təklifin onu cəlb etdiyini bildirib:

"Bildiyiniz kimi, "Sumqayıt" yerli futbolçulara ən çox üstünlük verən komandadır. Bu da ölkə futbolu üçün önəmlidir. Hədəfim akademiyanı daha da inkişaf etdirmək və gələcək üçün oyunçu yetişdirməkdir. İnanıram ki, Azərbaycan futboluna töhfə verəcəyik".
Qeyd edək ki, Adil Şükürov son olaraq "Səbail"in baş məşqçisi olub.
Xatırladaq ki, "Sumqayıt" akademiyasına son 7 ildə Hakan Sunal rəhbərlik edirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью