Adil Şükürov: “Məşqçi komandanın üzdə olan cavabdeh adamıdır”

24.09.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Məşqçilik elə bir sənətdir ki, hər an hər şey mümkündür. Ona görə mənim üçün bu sualın cavabı açıqdır”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürov deyib.

48 yaşlı mütəxəssis Gəncə təmsilçisindəki uğursuzluqlara görə bütün günahı özündə görüb-görmədiyi ilə bağlı sualı cavablandırıb: “Ümumiyyətlə, komandada bütün nəticələrə təbii ki, cavabdeh olan şəxs baş məşqçidir. Ona görə də məşqçi komandanın üzdə olan cavabdeh adamıdır. Hamı üçün maraqlı olan komandanın nəticəsidir. Nəticə hər bir işdə önəmlidir. Amma bəzən nəticəni qısa müddətdə qazanmaq mümkün olur, bəzən isə ən yaxşı futbolçular bir komandada toplaşsa belə, nəticə mümkünsüz olur. Ona görə çalışdığın komandada həmişə nəticə verməlisən”.

Şükürov azarkeşlərlə arasında yaşanan qalmaqaldan sonra rəhbərliklə görüşdüyünü də vurğulayıb: “Rəhbərliklə münasibətim yaxşıdır. Onlara uğurlar arzulayıram”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью