Adil Şükürov: “Sabah”da məşqçi dəyişikliyi bir adət halını alıb”

29.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısı yekunlaşıb.

Qış fasiləsinə yollanan komandalar artıq mövsümün 2-ci yarısı barədə düşünürlər. Adəti üzrə bu mövsüm də ölkə çempionatında 3 və 4-cü dövrələrin gərgin keçəcəyi gözlənilir.

Təcrübəli mütəxəssis Adil Şükürov “Futbolpress”ə sezonun ikinci yarısı ilə bağlı fikirlərini açıqladı:

“Artıq komandaların 1 və 2-ci dövrədəki oyunlarına, əsasən, onların hansı potensiala sahib olduqlarını, həmçinin hansı mövqelərdə boşluq buraxdıqlarını gördük. “Qarabağ”ın vəziyyəti, demək olar ki, məlumdur. 8 xal fərqlə liderdir. Məncə, onlar bu fərqi qoruya biləcək. “Atlılar” əgər Avropa Liqasındakı mübarizəsini dayandırsa, ötənilki kimi çempionluqlarını daha tez elan edə bilərlər. Həm nəzərə alaq ki, “Qarabağ” qış fasiləsindən istifadə edərək, heyətini daha da gücləndirəcək.

“Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə”, “Sabah” kimi komandalar isə ilk “dördlük” uğrunda mübarizə aparacaqlar. “Neftçi” isə bu mübarizədən kənarda qalacaq. İndiki durumuna görə “Turan Tovuz”un daha çox möhkəmlənməyə ehtiyacı var. Heyətə yeni futbolçular cəlb etsələr belə fasilənin azlığı onların adaptasiyasında çətinlik yaradacaq.

Bundan sonrakı dövrələr üçün “Zirə” daha potensiallı görünür. Çünki onların bərabər səviyyədə 2 heyəti var. “Araz-Naxçıvan”ın da transfer edəcək yeni oyunçularıyla uyğunlaşmada çətinlik çəkəcəyini düşünürəm. Amma bölgə təmsilçimizdə böyük bir problem gözləmirəm. Artıq orada oturuşmuş komanda var. Elmar Baxşıyevin rəhbərliyi altında yaxşı kollektiv qurulub.

“Sabah”ın da oturuşmuş bir heyəti, yeni baş məşqçisi də var. Artıq “Sabah”da məşqçi dəyişikliyi bir adət halını alıb. Hər il yarımdan bir bu proses təkrarlanır.

Autsayderlərə gəlincə, elə əsas mübarizənin “Kəpəz”lə “Səbail” arasında gedəcəyini düşünürəm. Fasilə zamanı çoxlu transferlər reallaşdırsalar belə onların adaptasiyası uzun zaman çəkəcək. Artıq burada minimum transferlərlə, maksimum nəticə əldə etmək lazım olacaq”.

Mirkamal Kazım

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan çempionatının ən dəyərliləri bilindi

27 Dekabr 2024, 18:22

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Aslan Kərimov: “Bəzən çəkilən xətlərin meqapikseli futbolçudan daha böyük

24 Dekabr 2024, 22:45

Əsas xəbərlər, Ölkə futbolu “Sabah”ın qış hazırlıq planı bəlli oldu

24 Dekabr 2024, 19:21

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi” “Turan Tovuz”la oyunöncəsi son məşqə çıxdı

20 Dekabr 2024, 21:22

Əsas xəbərlər, Ölkə futbolu XVIII turun matçlarını idarə edəcək hakimlər bilindi

19 Dekabr 2024, 21:24

Əsas xəbərlər, Ölkə futbolu “Kəpəz”in legioneri: “Daha çox qol vurmaq istəyirik”

20 Noyabr 2024, 22:07

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью