Adil Şükürov “Səbail”dən ayrılacaq?

28.05.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1-ci liqada qarşısını çempionluq hədəfi qoyan “Səbail” yekunda 3-cü yeri tutdu. Mövsümün gedişində Elvin Məmmədovla yolları ayıran “dənizçilər” “sükan arxasına” Adil Şükürovu gətirdi, lakin təcrübəli mütəxəssis də qarşıya qoyulan məqsədə çata bilmədi.

Bəs “Səbail” yola Adil bəylə davam ediləcəkmi? Klubdaxili iclas olubmu? Klubun icraçı direktoru Firuz Abdullanın açıqlaması:

“Bütün bu məsələlərlə bağlı təxminən iki həftə sonra toplantı keçirəcəyik. Onda müzakirə aparacaq və qərar verəcəyik”.


MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью