Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
"Kəpəz"in sabiq baş məşqçisi Adil Şükürovla danışıq apardığından xəbərdarsız.
Bilindiyi kimi, söhbət komandanı ötən mövsüm premyer-liqada saxlayan, yeni "futbol ili"nin ilk dörd matçında uduzunca vəzifəsindən ayrılan mütəxəssisdən gedir.
Bəs proses necə davam edir? Baş məşqçinin təyinatı nə vaxt rəsmiləşəcək?
Adil bəy "Football-plus.az"a açıqlamasında bildirdi ki, ilkin razılıq əldə olunub. Sadəcə, hələ müzakirə olunmayan məsələlər var ki, tezliklə həmin mövzular da danışılacaq və gözlənilməz nəsə baş verməsə, müqavilə imzalanacaq. Hələ ki klub rəhbərliyi ona "bizdən xəbər gözləyin" deyib.
KƏNAN BAHADIR