Adil Şükürovun harada işləyəcəyi bəlli oldu

27.10.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürovun yeni iş yeri bəlli olub.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, o, “Ulduz” Futbol Akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Şükürov bu yay Gəncə təmsilçisinin “sükanı arxası”na keçsə də, komanda 48 yaşlı mütəxəssisin rəhbərliyi altında Misli Premyer Liqasının ilk 5 turunda xal qazana bilməyib və istefa qaçılmaz olub. Adil bəylə yolları ayıran “Kəpəz” rəhbərliyi vəziyyətdən çıxış yolunu ötən mövsüm “sarı-göylər”in çalışdırıcısı qismində ümidləri doğruldan Azər Bağırovu geri qaytarmaqda görüb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью