Adil Şükürovun Səbail dəki köməkçiləri bilindi

30.11.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi Adil Şükürov 1-ci liqada çıxış edən "Səbail"ə yeni baş məşqçi təyin edilib. Mütəxəssis bu gün komanda ilə ilk məşqinə çıxıb.

"Football-plus.az" xəbər verir ki, bundan sonra 48 yaşlı mütəxəssisin köməkçi məşqçiləri qismində İlyas Qurbanov, Elmir Hüseynov və Elxan Əhmədov çıxış edəcək.
Qeyd edək ki, komandanın növbəti matçı 10-cu tur çərçivəsində "Difai"yə qarşı 11 dekabrda baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью