“Adımızdan çıxış edənlər...” AQC İdarə Heyəti xəbərdarlıq etdi

08.05.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyyəti elan edir ki, Birliyin  İdarə Heyyətinin 01 iyul 2024-cü il tarixdə keçirilmiş iclasında Nizamnamənin 6.1 və 6.2-ci bəndlərini rəhbər tutaraq 19 iyul 2024-cü il tarixdə Birliyin Növbədənkənar Konfransı keçirilmiş və  Birliyin seçkili orqanlar yenidən formalaşmışdır. Hazırda qanunvericilikdə nəzərdə tutmuş qaydada  qəbul edilmiş dəyişikliklərin  dövlət qeydiyyatına alınma prosesi davam edir.

Lakin buna baxmayaraq, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyyəti  qeyd edir ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş Dövlət Qeydiyyatı haqqında Reyestrdən çıxarışa əsasən “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin seçkili İcra Orqanlarının səlahiyyətləri 20.05.2025-ci il tarixədək qüvvədədir.  

Qeyd edilənləri nəzərə alaraq elan edilir ki, 20.05.2025-ci il tarixdən sonra “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyyətinin adından çıxış edən şəxslər səlahiyyətsizdir və Birliyin İdarə Heyyətinin sədrinin və üzvlərinin adından çıxış edilməsi cinayət xarakterli əməl olaraq, vəzifəli şəxslərin səlahiyyətlərinin mənimsənilməsi kimi  qiymətləndirilərək, bununla bağlı  qanunvericilikdə nəzərdə tutulmuş qaydada  hüquq mühafizə orqanlarına  müraciət ediləcəkdir. 

Dərin Hörmət və Ehtiramla

AQC İdarə Heyəti adından 

Ramil Osmanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью