“Adın mənə bir ömür bəsdir” Fotolar

24.07.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aparıcı Lamiyyə Ələkbərova mərhum tarzən atası Ələkbər Ələkbərovla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, valideyninin anım günündə duyğusal sözlər yazıb:

“Böyük sənətkar, savadlı insan, gözəl tarzən, mənim arxa-dayağım olan əziz atam. Allah sənə rəhmət eləsin. Bu gün anım günündür. Sən az yaşasan da, şərəfli, tərbiyəli, adlı-sanlı ömür yaşadın. Sənin adın və soyadın mənim üçün bir ömür boyu bəsdir. Məkanın cənnət olsun, mənim əvəzolunmaz idealım. Səninlə, adınla hər yerdə fəxr edirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью