Adına kredit götürülüb, pensiyasından borc çıxılıb Şikayət VİDEO

21.12.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İmişli rayonu, Xoşçobanlı kənd sakininin xəbəri olmadan onun adına kredit götürülüb. Şikayətçi Əliəkbər Nuruşov belə bir iddia səsləndirib.  

Avtosfer.az xəbər verir kl, şikayətçi, 6 noyabr 2024-cü il tarixində kredit götürmək üçün banka müraciət edib.

Məlum olub ki, artıq onun adından bankdan kredit çəkilib.
O iddia edir ki, noyabr ayının 21-də isə onun pensiya kartından götürülən kreditə görə 157 manat vəsait çıxılıb. Vətəndaş məsələnin həll olunmasını istəyir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məsələ araşdırılır.

O da qeyd olunur ki, belə hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, şəxsi məlumatları heç kimlə paylaşmamalıdırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью