Adını üçüncü dəfə dəyişən köhnə “Şəfa” FOTO | Icma.az
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Köhnə “Şəfa” stadionunun adı dəyişdirilib.
İdman.biz xəbər verir ki, stadionun indiki adı “Baku Arena”dır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27.12.2024-cü il tarixli Sərəncamına əsasən “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və onun mülkiyyətində olan müəssisələr Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib.
Bu səbəbdən əvvəllər Azərbaycan Sənaye Korporasiyasının (ASK) adını daşıyan arena da AİH-nın balansına keçib və adı dəyişdirilib.
Qeyd edək ki, AİH-nın Müşahidə Şurasının sədri Baş nazir Əli Əsədovdur.
Şahmar Mövsümov, Natiq Əmirov, Mikayıl Cabbarov (Güləş Federasiyasının prezidenti) və Sahil Babayev (Boks Federasiyasının prezidenti) isə Müşahidə Şurasının üzvləridir.
Bu Holdinqin İdarə Heyətinin sədri isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Mətin Eynullayevdir.
Xatırladaq ki, 2000-ci ildə FIFA və UEFA-nın dəstəyi ilə AFFA tərəfindən tikilən stadionun açılışı 2001-ci ildə olub.
Tam oxu
Xəbəri oxu