Adının və soyadının baş hərflərinə görə həyatı kabusa çevrildi

07.12.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

Adının və soyadının baş hərflərinə görə həyatı kabusa çevrildi

Emily Windham adlı bir qadın, adının və soyadının baş hərflərinin "EW'" abbreviaturasını təşkil etdiyi üçün rəsmi qurumlarda utandığını və məktəbdə həmyaşıdları tərəfindən zorakılığa məruz qaldığını söylədi.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı qadının "EW" abbreviaturasından utanmasının səbəbi bu ifadənin ingilis dilində "ikrah" nidası kimi işlənməsidir.

Valideynlərə müraciət edən Windham, "Uşaqlarınıza nə ad qoyacağınıza qərar verərkən, adlarının baş hərflərinə baxın. Hər sənədə baş hərflərini qoymalı olduqda, "EW" yazmaq məcburiyyətində qalıram" - dedi.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью