Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanınmış rusiyalı məşqçi Maqomed Adıyevin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, o, Belarusun "Vitebsk" klubunun baş məşqçisi təyin edilib.
Bu barədə hazırkı ölkə çempionunun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, 48 yaşlı məşqçi aprelin əvvəlində "Krılya Sovetov"un məşqçisi vəzifəsindən ayrılıb. Samara klubuna keçməzdən əvvəl Adıyev "Anji", "Axmat" və "Ximki", həmçinin Qazaxıstan milli komandasında çalışıb.
"Vitebsk" cari Belarus çempionatında 5 turdan sonra 11 xalla turnir cədvəlinin ikinci pilləsindədir.