Adları niyə tez unuduruq?

02.07.2026

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siz də yeni tanış olduğunuz insanın adını bir neçə dəqiqə sonra unutduğunuzu hiss etmisiniz? Maraqlıdır ki, bu, həmişə zəif yaddaşdan xəbər vermir.

Azpost.info-nun məlumatına görə, psixoloqlar bildirirlər ki, insan beyni adları digər məlumatlardan fərqli şəkildə emal edir.

Araşdırmalara görə, beyin adları məna ilə deyil, simvol kimi qəbul edir. Məsələn, “müəllim”, “həkim” və ya “pilot” sözləri insanın peşəsini və müəyyən təsəvvürü yaradır. Amma “Kamran”, “Aysel” və ya “Murad” kimi adların özlüyündə məna yükü az olduğundan onları yadda saxlamaq daha çətin olur.

ABŞ-ın bir neçə universitetində aparılan psixoloji tədqiqatlar göstərib ki, tanışlıq zamanı insan daha çox özünü necə təqdim etdiyini, geyimini və danışığını qiymətləndirir. Bu səbəbdən ad ikinci plana keçir.

Mütəxəssislər adları daha yaxşı yadda saxlamaq üçün üç üsul tövsiyə edirlər:

Tanış olan kimi həmin şəxsin adını söhbətdə iki-üç dəfə işlətmək;

Adı hansısa vizual xüsusiyyətlə əlaqələndirmək;

Telefon kontaktına əlavə etməzdən əvvəl bir dəfə səsli şəkildə təkrarlamaq.

Nevroloqlar hesab edir ki, bu üsullar beynin uzunmüddətli yaddaş mexanizmlərini aktivləşdirir və adı sonradan xatırlamağı asanlaşdırır.

Sunay Aydın

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью