Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Benfika"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun "Yuventus"la matçından (0:2) sonra maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmkarları barədə danışıb. O,müasir futbolda məşqçilərin statistikaya görə seçildiyini deyib:
“Əvvəllər ən çox qazananın ən yaxşı olduğuna inanılırdı, amma indi vəziyyət belə deyil. İndi ən yaxşı olan, ən çox imic yarada biləndir. İşə yaramayan şeyləri sınayıb uğursuz olan məşqçilər var. Sonra deyirlər ki, "fikrimə sadiq qalaraq məğlub oldum". Əgər fikrinə sadiq qalaraq məğlub olursansa, bu, sadəcə ağılsızlıq deməkdir.
2004-cü ildə Çempionlar Liqasının qalibi kimi Premyer Liqaya getdim. Həmin il Premyer Liqaya cəmi iki əcnəbi baş məşqçi gəlmişdi. Biri mən idim, digəri isə UEFA Kubokunu qazanan Rafa Benites. O, kuboku "Valensiya" ilə qazanıb "Liverpul"a getdi, mən isə "Portu" ilə Çempionlar Liqasını qazanıb "Çelsi"yə keçdim.
Bu gün isə adlarını belə tanımadığım məşqçilər Premyer Liqaya gedirlər. Bunu hörmətsizlik kimi demirəm - bu, sadəcə həqiqətdir. Bəzi məşqçilər qələbələrinə görə yox, statistik göstəricilərə, rəqəmlərə əsasən seçilirlər. İmiclər formalaşdırılır və bu gün qazanmaqdan daha vacib olanın "belə oynamaq, belə görünmək" olduğu düşüncəsi insanlara satılır. Bu səviyyədə işlər kökündən dəyişib”.
saytlarin hazirlanmasi